Skip to content

MƏXFİLİK SİYASƏTİ

Şirkət rəhbərliyi və onun əməkdaşları sizin şəxsi məlumatlarınızın təhlükəsizliyi və məxfiliyi məsələlərinə çox ciddi yanaşırlar.

WBiz çalışırıq ki, bizim məxfilik siyasətimiz məlumatlarınızın istifadəsi və müdafiəsinin təminatı baxımından sizin üçün daha şəffaf və aydin olsun. Biz Avropa Birliyinin şəxsi məlumatların müdafiəsi üzrə Ümumi reqlamentinin (GDPR) standartlarına uyğun olmaq üçün mövcud Məxfilik Siyasətini dəyişdirmişik.

Mövcud Məxfilik siyasətində bizim məlumatların emalında istifadə etdiyimiz metodlar və sizin şəxsi informasiyanızın müdafiəsində istifadə etdiyiniz üsullar şərh edilir.

1xBet şirkəti mərc iştirakçılarına bizim cookie fayllarnı necə istifadə etməyimiz və bizim veb-saytımızda olan insanlara belə faylları necə düzgün təsnifləşdirmək imkanı verməyimiz haqqında dəqiq informasiyanın verilməsinə görə məsuliyyət daşıyır.

Əgər sizdə Məxfilik siyasəti və sizə təqdim olunan servis və xidmətlərdən istifadə haqqında hər hansı xahiş, suall və təkliflər varsa bizimlə [email protected] ünvanı vasitəsilə əlaqə saxlamağınızı xahiş edirik.

Sizdən həmçinin xahiş edirik ki, cookie fayllarının ayarlanması zamanı sizdə narahatlığa səbəb olan veb-resursumuzun səhifələri haqqında [email protected] ünvanında bizə ətraflı informasiya verəsiniz.

1. MƏXFİLİK

1xBet sizin şəxsi informasiyanızı müdafiə etməyi öhdəsinə götürür.

Mövcud Məxfiliyin siyasəti sizə öyrənməyə imkan verəcək ki, biz xidmətlərimizdən istifadə zamanı hansı informasiyanı yığırıq, bu informasiyanı nəyə görə yığırıq və biz ondan necə istifadə edirik.

Diqqət edin – bu məxfilik siyasəti sizin və 1xBet (bundan sonra zəruri halda “Biz”, “Bizi” və ya “Bizim”) arasında razılaşdırılacaqdır.

Biz Məxfilik siyasətində vaxtaşırı dəyişikliklər edə bilərik və sizə bu dəyişikliklər haqqında resurslarımızda onların nəşri yolu ilə xəbər verə bilərik.

Biz təqdim olunan bu Məxfilik Siyasətini daim yenidən nəzərdən keçirməyi Sizə məsləhət görürük.

2. ŞƏXSİ MƏLUMATLARIN EMALINA RAZILIQ

ŞƏXSİ MƏLUMATLAR SUBYEKTİNİN HÜQUQLARI

1xBet-də sizin şəxsi məlumatlarınızın emalı yalnız sizin şəxsi məlumatlarınızın emalına dair heç bir basqı olmadan verdiyiniz razılığınızın konkret, məlumatlandırılmış və aydın şəkildə ifadə olunmuş, təsdiqdən (bundan sonra “Razılıq”) sonra baş tutur.

Bizə verilən razılıq Sizin bizə heç bir basqı olmadan, öz iradənizlə və öz maraqlarınıza uyğun, konkret, məlumatlandırılmış və şüurlu surətdə verdiyiniz razılıqdır.

Şəxsi məlumatların işlənilməsinə dair razılığınız Sizin və ya Sizin nümayəndəniz tərəfindən onun almasının faktını təsdiq etməyə icazə verən istənilən formada verilmiş ola bilər, o cümlədən:

- YAZILI ŞƏKİLDƏ

Belə halda Razılıqda aşağıda verilmiş informasiya şəklində olmalıdır:

  • soyadı, adı, atanın adı (olduğu halda), şəxsi məlumatlar subyektinin ünvanı, şəxsiyyəti təsdiqləyən əsas sənədin seriya və nömrəsi, göstərilən sənədin verilməsi tarixi və onu vermiş orqan haqqında məlumat; və ya şəxsi məlumatlar subyektinin nümayəndəsinin soyadı, adı, atanın adı (olduğu halda), ünvanı, onun şəxsiyyətini təsdiqləyən əsas sənədin seriya və nömrəsi, göstərilən sənədin verilməsi tarixi və onu vermiş orqan haqqında məlumat, bu nümayəndənin (şəxsi məlumatlar subyektinin nümayəndəsindən razılığın alınması zamanı) səlahiyyətlərini təsdiq edən notarial etibarnamənin və ya başqa bir sənədin rekvizitləri,
  • Şəxsi məlumatlar subyektinin razılığını alan 1xBet poçt ünvanı,
  • şəxsi məlumatların emalının hədəfləri;
  • şəxsi məlumatlar subyektinin işlənilməsinə razılıq verdiyi şəxsi məlumatların siyahısı;
  • 1xBet tapşırığına əsasən şəxsi məlumatların emalını həyata keçirən şəxsin soyadı, adı və ünvanı (əgər məlumatların emalı bu şəxsə tapşırılacaqsa);
  • şəxsi məlumatların emalına razılıq verilmiş hərəkətlərin siyahısı, şəxsi məlumatların emalı üsullarının ümumi təsviri;
  • şəxsi məlumatlar subyektinin razılığının qüvvədə qaldığı müddət, həmçinin onun geri götürülməsinin üsulu;
  • şəxsi məlumatlar subyektinin imzası.

Şəxsi məlumatların subyektinin konklüdent hərəkətləri şəklində – bu zaman o öz niyyətini 1xBet-lə hüquqi münasibətləri qurmaqla ifadə edir, amma bunu şifahi və ya yazılı şəkildə deyil, belə bir qənaətə gəlməyə səbəb olan davranışla göstərir, məsələn: 1xBet veb-saytında qeydiyyat, 1xBet xidmətlərində qeydiyyat, 1xBet qaydalarına uyğun olaraq qumar oyununda iştirak şərti kimi xidmət edən pul sazişlərinin (tranzaksiyaların) 1xBet veb-saytında qeydiyyat vaxtı alınmış fərdi hesabda həyata keçirilməsi, öz şəxsi kabineti vasitəsilə payların qeydiyyatı və uduşların alınması, qumar oyununun təşkilatçısı tərəfindən təyin edilmiş qaydalara riayət etmə və s.

1xBet-də sizin şəxsi məlumatlarınızın emalı aşağıdakı hallarda sizin Razılığınızı tələb etmir:

  • şəxsi məlumatların emalı beynəlxalq müqavilələrdə və ya yerli yurisdiksiyaların qanunlarında nəzərdə tutulmuş məqsədlərə çatmaq üçün, qanunlar tərəfindən qoyulmuş funksiyaların, səlahiyyətlərin və vəzifələrin həyata keçirilməsi üçün lazımdır;
  • əgər şəxsi məlumatların işlənməsi ədalətin həyata keçirilməsi üçün, məhkəmə aktının, başqa orqanın və ya vəzifəli şəxsin aktının yerli qanunlara uyğun olaraq icrası üçün lazımdır;
  • şəxsi məlumatların işlənilməsi sizin həyatınızın müdafiəsi, sağlamlığınız və ya başqa həyati əhəmiyyətli mühüm maraqlarınız üçün lazımdır;
  • şəxsi məlumatların işlənilməsi 1xBet-in və ya üçüncü şəxslərin hüquqları və qanuni maraqlarının həyata keçirilməsi üçün, və ya ictimai cəhətdən əhəmiyyətli məqsədlərə çatmaq üçün lazımdır, bu şərtlə ki, sizin şəxsi məlumatlarınızın hüquq və azadlıqları pozulmasın;
  • şəxsi məlumatların işlənilməsi statistik və ya başqa tədqiqat məqsədi ilə həyata keçirilir, bu zaman şəxsi məlumatlarınızın sahibi göstərilməməsi (şəxsi məlumatların marketinq məqsədi ilə işlənilməsi istisna olmaqla) şərtinə riayət olunur;
  • sizin tərəfinizdən qeyri-məhdud şəxslər qrupuna giriş hüqququ verilmiş şəxsi məlumatlarınızın işlənilməsi həyata keçirilir;
  • dərc edilməli və ya açılması məcburi olan şəxsi məlumatların işlənilməsi yerli yurisdiksiyaların qanunlarına uyğun olaraq həyata keçirilir.

Şirkət, yalnız şirkətin istifadəçiləri olan şəxslərin məlumatlarını qəbul edir, saxlayır və həmçinin emal edir.Şirkətin istifadəçisi şirkətin qaydaları ilə razılaşmış və 2.22-ci maddənin şərtlərini yerinə yetirmiş şəxsdir.

Şirkət səbəb göstərmədən istifadəçiyə hər hansı şəxsi məlumatı saxlamaqdan, təqdim etməkdən və ya emal etməkdən birtərəfli qaydada imtina etmək hüququna malikdir.

Şəxsi məlumatların işlənilməsinə razılığın geri götürülməsi qaydası, 1xBet-də sizin şəxsi məlumatlarınızın mövcudluğu haqqında informasiyanın alınmasının, 1xBet-də sizin şəxsi məlumatlarınızın dəqiqləşdirilməsinin, bloklanmasının və sorğu əsasında məhv edilməsinin qaydası bizim tərəfimizdən tam həcmdə yerinə yetirilən “Şəxsi məlumatların müdafiəsinin ümumi qaydaları” ilə (General Data Protection Regulation, GDPR) tənzimlənir.

3. İNFORMASİYA YIĞILMASININ MƏQSƏDLƏRİ

Biz fərdin şəxsiyyətini təsdiqləmək üçün istifadə edə biləcəyimiz məlumatları, o cümlədən ad və soyad, doğum tarixi, kredit kartı məlumatları, ev və ya digər poçt ünvanı, e-poçt ünvanı, telefon nömrəsi və ya digər müvafiq Şəxsi Məlumatları (bundan sonra “məlumatlar”) toplayır və emal edirik.

Veb-saytımızdan və ya xidmətlərimizdən istifadə edərkən və ya hesab yaradarkən sizdən şəxsi məlumatlar tələb oluna bilər.

Topladığımız şəxsi məlumatlar aşağıdakılardan ibarət ola bilər:

  • istifadəçi məlumatları (kassir kimi işləyəcək MobiCash agentinin tam adı, onların pasportunun/şəxsiyyət vəsiqəsinin fotoşəkli, agentin şəxsiyyət vəsiqəsi ilə şəkli)
  • əlaqə məlumatları (telefon nömrəsi, e-poçt ünvanı daxil olmaqla)
  • yaşayış yeri məlumatları (ünvan, geolokasiya)
  • ödəniş məlumatları
  • tranzaksiya tarixçəsi
  • veb-sayt tərcihləri
  • xidmətlərimiz haqqında rəy
  • sizə verdiyimiz suallara cavablar
  • bizə göndərə biləcəyiniz mesajların məzmunu

Yuxarıda göstərilən şəxsi məlumatları təqdim etməməyi qərara alsanız, bizimlə müqavilə bağlaya bilməyəcəksiniz və xidmətlərimizin göstərilməsi təxirə salına və ya tamamilə mümkünsüz ola bilər.

Biz bu məlumatları ölkənizin qanunvericiliyinin tələblərinə uyğun olaraq serverlərimizdə toplayır, emal edir və saxlayırıq.

Xidmətlərimizdən istifadə etdikdə, serverlərimiz müəyyən inzibati və trafik məlumatlarını toplayan unikal bir logda fəaliyyətinizi saxlayır, bunlara aşağıdakılar daxildir:

  • mənbə IP ünvanı
  • giriş vaxtı
  • giriş tarixi
  • ziyarət edilmiş veb səhifələr
  • istifadə edilən dil
  • proqram çökmə hesabatları
  • istifadə edilən brauzer növü

Bu məlumatlar mümkün olan ən yüksək xidmət səviyyəsini təmin etməyimiz üçün tələb olunur.

Biz heç vaxt sizi məlumatlandırmadan sizinlə bağlı şəxsi məlumatları toplamırıq.

4. MƏLUMATLARIN TOPLANMASI VƏ EMALININ VASİTƏLƏRİ

Biz yuxarıda göstərildiyi kimi müəyyən məlumatları avtomatik olaraq toplaya və sizdən 1xBet saytında xidmətlər, mesajlar və qarşılıqlı əlaqələr vasitəsi ilə bizə öz arzunuzla verdiyiniz Şəxsi informasiyanı ala bilərik.

Biz şəxsi informasiyanı onlayn-satıcılardan, xidmətlərin təchizatçıların-dan, həmçinin özgə təchizatçılardan qanuni yolla alınmış mərc iştirakçılarının siyahılarından ala bilərik.

Bundan başqa, biz onlayn-sazişlərin (tranzaksiyaların) və hesabların aparılmasının texniki dəstəyinin təminatı üçün özgə təchizatçıların xidmətlərindən istifadə edə bilərik.

Bizdə sizin belə təchizatçılara və elektron ticarətin kənar xidmətlərinə verdiyiniz istənilən informasiyaya giriş olacaq və biz mövcud Məxfilik siyasətinin əsasnaməsinə uyğun olaraq şəxsi informasiyadan istifadə edəcəyik.

Bu informasiya şirkət xaricində olan üçüncü şəxslərə yalnız mövcud Məxfilik siyasətinə və sizin dövlətinizin qanunvericiliyinə uyğun olaraq açılacaq

5. İNFORMASİYA İSTİFADƏSİ

Biz sizin bizə verdiyiniz şəxsi informasiyadan: xidmətlərin verilməsi üçün, sizlərə mərcin iştirakçıları kimi dəstək göstərmək üçün, təhlükəsizliyin təmin olunması üçün, identifikasiya və yoxlamalar üçün, istənilən onlayn-sazişlərin (tranzaksiyaların) emalı üçün, müəyyən biznes-tələblərə cavab verən başqa reklam aksiyalarında iştirak etməkdə dəstək olmaq üçün və bizim oyun Xidmətlərimizin işi ilə bağlı istənilən başqa məqsədlərlə istifadə edirik.

Beləliklə, xidmətlərin göstərilməsi zamanı biz bizim tərəfimizdən diqqətlə seçilmış sizin şəxsi informasiyanızı (eləcə də sizin məlumatlarınızın birgə istifadəsi haqqında sizinlə razılaşmaları olan istənilən başqa tərəflər daxil olmaqla) bizim partnyorlarımızla bölüşə bilərik.

Sizin şəxsi informasiyanız həmçinin bizim tərəfimizdən sizə aşağıdakı xidmətləri göstərmək üçün istifadə edilə bilər:

  • bizim məhsullarımız və xidmətlər haqqında reklam təklifləri və informasiyalarında;
  • bizim partnyorlarımız tərəfindən sizə verilən Xidmətlərin çeşidinin genişləndirilməsi və mərc iştirakçılarına göstərilən xidmətin keyfiyyətinin yaxşılaşması haqqında reklam təklifləri, məhsullar və xidmətlər haqqında informasiyalarda.

Vaxtaşırı biz sorğular və ya müsabiqələr vasitəsilə sizdən informasiya ala bilərik. Bu sorğularda və ya müsabiqələrdə iştirak tamamilə könüllüdür və sizin həmişə şəxsi informasiyanızı açmaq və ya açmamaq kimi seçim haqqınız var.

Tələb edilmiş informasiya əlaqə informasiyasını (məsələn: ad, göndərilən poçtunun çatdırılma ünvanı, telefon nömrəsi) və coğrafi informasiyanı (məsələn: poçt indeksi və ya poçt ünvanı), yaş haqqında məlumatı əhatə edə bilər.

İstənilən müsabiqədə iştirak edərək və ya bizdən uduş alaraq siz onunla razılaşırsınız ki, biz reklam hədəfləri üçün əlavə kompensasiyasız sizin adınızdan istifadə edəcəyik ( qanunla qadağan olunmuş bəzi hallar istisna olmaqla).

Əgər siz bizdən reklam informasiyasını alıb-almamaq haqqında qəti qərar verməmisinizsə, biz sizin şəxsi informasiyanızdan (elektron poçt ünvanı və telefon nömrəsi daxil olmaqla) sizə bizim məhsullarımız, xidmətlər və reklam aksiyalarımız, o cümlədən üçüncü tərəflərin bizim tərəfimizdən diqqətlə seçilmiş oyun məhsulları və xidmətləri (onlayn-poker, kazino, paylar, nərd oyunu və s.) haqqında informasiya vermək üçün istifadə edə bilərik.

6. İNFORMASİYANIN AÇILMASI

Biz sizin Şəxsi informasiyanızı 1xBet-lə bağlı olmayan şirkətlərə, təşkilatlara və ya ayrı şəxslərə vermirik.

Biz sizin haqqınızda məlumatları siz bizə bu barədə öz razılığını verdiyiniz halda 1xBet-lə bağlı olmayan şirkətlərə, təşkilatlara və ya ayrı şəxslərə verə bilərik.

Biz sizin Şəxsi informasiyanızı aşağıdakı hallarda aça bilərik: əgər sizin dövlətinizin qanunları bunu tələb edirsə, əgər sizin bizi və ya istənilən başqa istifadəçi hər hansı bir üsulla (oyunda manipulyasiya etmək, ödənişdə dələduzluq və s.) aldatdığınız və ya aldatmağa çalışmağınız aşkar olunubsa, və ya əgər biz bundan əminik ki, bu aşağıdakı hallar üçün lazımdır:

  • bizim istənilən saytlarımızda və ya istənilən xidmətimizdə və ya bizim hüquqi öhdəliklərlə bağlı olaraq düşdüyümüz şəraitdə bizə aid istənilən hüquqi məsələyə və ya prosesə riayət etmək lazım olduqda;
  • bizim hüquqlarımızın və ya mülkiyyətimizin müdafiəsində;
  • bizim istifadəçilərimizin və ya cəmiyyətin müdafiəsində. Əgər bizim oğurluq kredit kartlarından istifadə və ya istənilən başqa fırıldaqçılıqla bağlı fəaliyyət də daxil olmaqla ödənişlə dələduzluq etməyinizə görə, həmçinin ödənişin ləğvi ilə bağlı və ya qadağan edilmiş tranzaksiyalarla bağlı (məsələn: çirkli pul yuyulması kimi və s.) sizdən şübhələnməyə əsasımız olarsa, biz bu informasiyanı sizin şəxsi informasiyanızla birlikdə İnternetdə olan digər oyun saytlarına, banklara, kredit kartı şirkətlərinə, əlaqədar nəzarət təşkilatlarına və hüquq-mühafizə orqanlarına vermək hüququnu öz əlimizdə saxlayırıq.

Həmçinin, oyun asılılığının profilaktikası üzrə dövlət proqramlarının həyata keçirilməsi üçün sizin məlumatlarınız əlaqədar təşkilatlara verilə bilər.

7. GİRİŞ

Siz hər hansı reklam xəbərlərinin alınmasından ”imtina“ edə bilərsiniz:

  • öz hesabınızda ayarları dəyişməklə;
  • bizdən aldığınız reklam xəbərinə cavab olaraq bizə elektron məktub yazmaqla;
  • istənilən vaxt elektron məktub göndərmək və ya dəstək xidmətinə yazmaqla.

Bundan başqa, siz istənilən vaxt bizimlə əlaqə saxlaya bilərsiniz, əgər:

  • bilmək istəyirsinsə biz hansı şəxsi informasiyanı toplayırıq, emal edirik və saxlayırıq, həmçinin biz onu hansı mənbələrdən alırıq;
  • bizim sizin haqqınızda topladığımız şəxsi informasiyanızın dəqiqliyini təsdiq etmək istəyirsinizsə;
  • sizin şəxsi informasiyanızı yeniləmək istəyərdinizsə
  • sizin Şəxsi informasiyanızın bizim tərəfimizdən istifadəsi olunması haqqında şikayəti vermək istəyərdinizsə

Əgər siz belə dəyişikliklərin zəruriliyini sübut edəcəksinizsə və identifikasiya prosedurunu keçəcəksinizsə biz, bizə verilmiş istənilən informasiyanı yeniləyə bilərik.

Şübhələr yaranmasın deyə əlavə olaraq bildiririk ki, biz sizin dövlətinizin qanunu tələbi ilə Şəxsi informasiyanızı vermək məcburiyyətində qalsaq mövcud Məxfilik siyasətində bizi bundan imtina etdirə biləcək heç bir şey yoxdur.

8. COOKIES

SİZİN QURĞUNUZDA YERLƏŞDİRİLMİŞ İNFORMASİYA

Siz bizim xidmətlərimizdən istifadə etdiyiniz zaman, biz, sizin icazənizlə sizin qurğunuzda müəyyən informasiyanı saxlaya bilərik. Bu informasiya COOKIES – fayllar adlanır. Hərflər və rəqəmlərdən ibarət bu kiçik mətn faylları sizin qurğunuzda saxlanılır və siz bizim xidmətlərimizdən istifadə edəndə, bizim veb-saytlarımıza və onlayn-səhifələrə daxil olanda sizin üstünlük verdiklrinizi yadda saxlayırlar.

Biz həmçinin lokal ümumi obyektlərdən və ya “flash cookie”-dən də istifadə edirik. “Flash cookie” brauzerin cookie fayllarına oxşardır. Onlar bizə bizim saytlarımıza baş çəkdiyiniz zaman sizin üstünlük verdiklərinizi yadda saxlamağa, video və ya audiokontenti təkrarlamaq üçün lazım olan məlumatları saxlamağa kömək edirlər.

Nə cookie faylları, nə “flash cookie” sizin qurğunuza girmək və ya sizin kompüterinizdəki informasiyadan istifadə etmək üçün istifadə oluna bilməz.

Cookie və “flash cookie” faylları bizim tərəfimizdən ancaq nəzarət üçün istifadə olunur.

Biz nəzarətin bu üsullarından yalnız sizin tərəfinizdən bizim servis və xidmətlərdən istifadənizin izlənilməsi, sizin üstünlük verdiklərinizi yadda saxlamaq üçün istifadə edirik.

Сookie-fayllar bizə bizim saytımızda sizin trafikinizi izləməyə, sizin üçün servis və xidmətləri yaxşılaşdırmağa, həmçinin sayta girişi sadələşdirməyə və bizim servis və xidmətlərə olan marağı artırmağa kömək edir.

Biz cookie flash-fayllarını və cookie-in başqa fayllarını istifadə edirik ki, sizə sizin üçün ən münasib və üstün reklam elanlarını göstərək.

ƏHƏMİYYƏTLİ VƏ ZƏRURİ COOKIES

Əhəmiyyətli və zəruri cookie bizim tərəfimizdən ona görə istifadə olunur ki, istənilən istifadəçi bizim informasiya və ya oyun resursumuzda veb-sayt üzrə yer dəyişdirə bilsin və onun funksiyalarından (veb-saytın təhlükəsiz sahələrinə giriş və ya maliyyə sazişlərinin bağlanması kimi) istifadə edə bilsin. Bu cookie-fayllar olmadan siz bizim saytlarımızı səmərəli işləyə bilməyəcəksiniz.

QEYDİYYAT PROSESİ

Cookie-in bu faylları sizin qeydiyyatınız zamanı yığılmış informasiyanı özündə saxlayır; onlar bizə mərcin iştirakçısı kimi sizin haqqınızda daha çox şey bilməyə imkan verəcəklər və lazımlı xidmətlər verməyə kömək edəcəklər. Biz həmçinin İnternetdə sizin maraqlarınızı və üstün tutduqlarınızı anlamaq üçün və bizim platformalarımıza və servislərimizə baş çəkmələrinizi daha xoş və daha rahat etmək üçün bu məlumatlardan istifadə edə bilərik.

BİZİM SAYTIMIZ

Bizim saytımızın ziyarətçiləri üçün informasiyanın yığılmasında biz cookie fayllarından istifadə edirik.

Bizim serverlərimiz cookie fayllarının üç müxtəlif tipindən istifadə edir:

  • Müvəqqəti “Cookie” – cookie-in bu tipi sizin kompüterinizdə veb-sayta baş çəkdiyiniz müddətdə saxlanılır. Cookie faylları seans əsasında bizim saytımız üzrə daha sürətli yer dəyişdirməyə kömək edir və əgər siz mərcin iştirakçısı kimi qeyd edilməmişsinizsə, bu bizə sizə lazımlı və münasib informasiyanı verməyə imkan verir. Siz brauzeri bağlayanda bu kuki-fayl avtomatik silinir.
  • “Sabit” cookie faylları cookie fayllarının bu tipi sizin kompüterinizdə cookie-in hər faylı üçün ayrıca müəyyən olunmuş vaxt ərzində qalacaqır. “Cookie Flash” faylları da həmçinin saxlanılır.
  • “Analitik” cookie – bu tip cookie bizə bizim saytımızın ziyarətçilərinin sayını hesablamağa və tanımağa, ziyarətçilərin bizim servis və xidmətlərimizdən necə istifadə etdiklərini görməyə imkan verir. Bu bizə bizim saytlarımızın işini yaxşılaşdırmağa kömək edir, məsələn, bunun hesabına siz asanlıqla girib axtardığınızı tapa bilərsiniz.

Məhz siz qərar verirsiniz və sizim həmişə seçiminiz var – cookie faylları ilə razılaşmaq və qəbul etmək və ya razılaşmamaq və rədd etmək.

Veb-brauzerlərin əksəriyyəti cookie faylları avtomatik qəbul edir, amma, əgər siz istəyirsinizsə, siz öz cookie fayllarına nəzarət etmək üçün öz brauzerinin ayarlarını dəyişdirə bilərsiniz.

Siz öz veb-brauzerindən aşağıdakı hallarda istifadə edə bilərsiniz:

  • cookie-in bütün fayllarını silmək üçün;
  • cookie-in bütün fayllarını qapatmaq üçün;
  • cookie-in bütün fayllarını qəbul etmək üçün;
  • kənar cookie fayllarını qapatmaq üçün;
  • brauzerin bağlanması vaxtı cookie-in bütün fayllarını silmək üçün;
  • sizə İnternetə lokal məlumatların saxlanılması olmadan baxmağa icazə verən “şəxsi baxış” / “gizli” seansını açmaq üçün;
  • brauzerin funksiyalarının genişləndirilməsi məqsədilə üst quraşdırmanı və plaqinləri qurmaq üçün.

Cookie fayllarının idarə etməsi haqqında informasiyanı harada tapmaq olar?

FLASH COOKIES

Siz Flash-faylların istifadəsinin qarşısını almaq üçün Flash Player ayarlarını müstəqil olaraq dəyişdirə bilərsiniz. Sizin Flash Playeriniz ayarlama meneceri sizə seçim etməyə və sizin üstün tutduqlarınızı ayarlamağa icazə verir.

Siz brauzerdə cookie-in bütün fayllarının qəbulunu tamamilə qadağan etməyə qərar verəcəyiniz halda siz, təəssüf ki, bizim saytlarımızda müəyyən resurslardan və xidmətlərdən istifadə edə bilməyəcəksiniz, bəzi servislər isə yanlış işləyəcəklər; məsələn, belə vəziyyətdə biz sizin tərəfinizdən seçilmiş interfeysin dilini saxlaya bilməyəcəyik

9. ELEKTRON XİDMƏTLƏRİN TƏCHİZATÇILARINDAN İSTİFADƏYƏ RAZILIQ

Bizim servislərdə oynamaq üçün, siz bizə pul göndərməli və bizdən pul almalı olacaqsınız. Belə xidmətlərin normal işinin təminatı üçün biz lazımlı maliyyə sazişlərinin emalı məqsədi ilə kənar elektron ödəmə sistemlərindən istifadə edə bilərik.

Mövcud Məxfilik siyasəti ilə razılaşaraq və onu qəbul edərək, siz öz iradənizlə və birmənalı şəkildə pul sazişlərinin emalı və ötürülməsi üçün lazım olan şəxsi informasiyanızın üçüncü şəxslərə ötürülməsi ilə razılaşırsınız, həmçinin lazım olanda sizin şəxsi informasiyanızın ölkənizin hüdudlarından kənara ötürülməsi ilə də razılaşırsınız.

Biz kənar ödəmə sistemləri ilə iş vaxtı sizin məxfiliyinizin müdafiəsini təmin etmək üçün tədbirlər görürük.

10. TƏHLÜKƏSİZLİK YOXLAMALARININ KEÇİRİLMƏSİNƏ RAZILIQ

Biz xidmətlərdən istifadə üçün qoyduğumuz Şərtlərin və qüvvədə olan qanunvericiliyin mümkün ola biləcək pozulmalarının qarşısını alınmaq üçün, sizin tərəfinizdən verilmiş qeydiyyat məlumatlarını təsdiq etmək üçün və bizim xidmətlərimizdən və maliyyə sazişlərindən istifadənin düzgünlüyünü yoxlamaq üçün istənilən vaxt təhlükəsizlik yoxlamalarını keçirmək hüququnu əlimizdə saxlayırıq.

Bizim servis və xidmətlərdən istifadə edərək, siz bununla bizim Qaydalarımızla və Şərtlərimizlə razilaşırsınız ki, sizin qeydiyyat, bizim servis və xidmətlərdən istifadə vaxti verdiyiniz şəxsi məlumatlarınızdan istifadə etməyə və informasiyanın yoxlanılması üçün üçüncü şəxslərə göndərməyə, həmçinin, ehtiyac olduğu halda, sizin ölkənizin hüdudlarından kənara göndərmək üçün bizə icazə verirsiniz.

Maliyyə hesabatlarının rəsmiləşdirilməsi və sizin bizdən başqa istənilən məlumat bazalarına verdiyiniz şəxsi informasiyanızın düzgünlüyünün sübutu təhlükəsizlik yoxlamalarına daxildir, amma onun işi bununla məhdudlaşmır.

11. TƏHLÜKƏSİZLİK

Biz informasiyanın məxfiliyinin, tamlığının və əlçatan olmasının qorunması üçün təhlükəsizliyin təmin olunmasının və lazım olan metodlardan istifadənin əhəmiyyətini anlayırıq. Biz bilavasitə sizdən aldığımız bütün şəxsi informasiyanı bizim təhlükəsiz şəbəkəmizdəki brandmauerin aktiv müasir proqram təminatında olan şifrlənmiş və parolla qorunan məlumat bazasında saxlayırıq.

Bizim xidmətlərimiz SSL-3 versiyanı 128 bitlik şifrləmə ilə dəstəkləyir.

Biz həmçinin ona imkan yaradırıq ki, bizim şirkətlərimizin filialları, agentlər, partnyorlar, afillyasiyalı (idarə heyyəti) şəxslər və təchizatçılar da adekvat təhlükəsizlik ölçülərini tətbiq etsinlər.

Ancaq, İnternet vasitəsilə informasiyanın göndərilməsi bir qayda olaraq tamamilə təhlükəsiz deyil və onlar yolda ikən biz sizin məlumatlarınızın təhlükəsizliyinə görə sizə zəmanət verə bilmirik.

SİZİN GÖNDƏRDİYİNİZ İSTƏNİLƏN MƏLUMATLARA GÖRƏ MƏSULİYYƏT SİZİN ÜZƏRİNİZƏ DÜŞÜR

1xBet şirkətində sizin məlumatlarınızı aldıqdan sonra onların təhlükəsizliyinin təmin olunması üçün bütün yolları var.

12. UŞAQLARIN MÜDAFİƏSİ

Bizim xidmətlərimiz 18 yaşına və ya sizin dövlətinizdə qanunda nəzərdə tutulmuş həddi-büluğ yaşına çatmamış şəxslər üçün nəzərdə tutulmamışdır.

Bizə bizim servis və xidmətlərimiz vasitəsilə informasiya verən istənilən şəxs təsdiq edir ki, onun on səkkiz (18) yaşı (və ya sizin dövlətinizdə həddi-büluğa çatmanın başqa qanuni yaşı) tamam olmuşdur.

Bizim şirkətimizin siyasətinə həddi-buluğa çatmamışların bizim təhlükəsizliyin əlavə analizinin keçirilməsini tələb edə biləcək servis və xidmətlərimizə giriş əldə etmək cəhdlərinin üzə çıxardılması daxildir.

Əgər bizə məlum olacaqsa ki, həddi-buluğa çatmamış şəxs bizim xidmətlərimiz vasitəsilə öz şəxsi informasiyasını bizə verməyə çalışmışdır və ya vermişdir, biz onu qəbul etməyəcəyik və belə informasiyanı bizim məlumat bazasından siləcəyik.

13. TRANSSƏRHƏD ÖTÜRÜLMƏ

Bizim tərəfimizdən toplanmış şəxsi informasiya istənilən ölkədə saxlanıla və emal edilə bilər, hansında ki, biz və ya bizim idarə heyyəti şəxslərimiz, təchizatçılar, partnyorlar və ya agentlər oyun xidmətlərini və bizim oyun platformamızın xidmətlərini təqdim edirlər.

Bizim servis və xidmətlərimizdən istifadə edərək, siz sizin informasiyanızın ölkənizin hüdudlarından kənara ötürülməsinə birbaşa razılıq vermiş olursunuz (həmçinin elə ölkələrə ki, orada məxfilik və şəxsi məlumatların müdafiəsi haqqında lazım olan qanunların olmasından əmin olmaq olmaz).

Bununla belə biz bütün lazımlı ölçüləri qəbul edirik ki, bizim agentlərimiz, partnyorlar, filiallar və təchizatçılar, onların olduğu yerindən asılı olmayaraq, məxfiliyin bizim standartlarına və mövcud Məxfilik siyasətinə bütovlükdə riayət etsinlər.

14. ÜÇÜNCÜ TƏRƏFLƏRİN MÜNASİBƏTLƏRİ

Əgər Siz informasiyanızı bizim servis və xidmətlərimizə və ya bizim əməkdaşlıq proqramımızın (əgər bu mümkündürsə) iştirakçısı olan hər hansı bir üçüncü tərəfin topladığı və ya istənilən başqa bir yolla toplanmış informasiyaya istinad edən başqa onlayn-sayta verirsinizsə biz onun qorunmasını təmin edə bilmirik, çünki, bu başqa onlayn-xidmətlər və saytlar bizə aid deyildir və onlar bizdən asılı olmayaraq idarə olunurlar.

Ehtiyatlı olun:

Üçüncü şəxslər (əgər beləsi varsa) tərəfindən toplanılmış istənilən informasiya bu şəxslərin Məxfilik siyasəti ilə tənzim edilir.

15. MƏSULİYYƏTDƏN HÜQUQi İMTİNA

Biz, bizim birbaşa nəzarətimizdən kənarda olan hadisələr üçün məsuliyyət daşımırıq.

Bizim texnologiyalarımızın və biznesin idarə edilməsinin mürəkkəb və daim dəyişən xarakterinə görə biz məxfiliyi tam həcmdə təmin edirik, amma, sizin veb-saytımızda yerləşdirilmiş istinadlardan istifadə edərək başqa veb-saytlara baş çəkdiyiniz zaman sizin şəxsi informasiyanızın məxfiliyi ilə bağlı qüsursuz iş görəcəyimizə zəmanət verə bilmərik. Bizim nəzarətimizdən kənarda olan və xüsusən mövcud Məxfilik siyasəti ilə əhatə olunmayan saytlar sizə öz təhlükəsizlik siyasəti ilə tanış olmaq imkanını verməlidir. Siz bilməlisiniz ki, siz başqa saytlara baş çəkən zaman, sizin şəxsi informasiyanız bu saytların operatorları tərəfindən yığıla və onların öz məxfilik siyasətlərinə (bizimkindən fərqli olan) uyğun olaraq istifadə oluna bilər.

Ehtiyyatlı olun.

Biz sizin məlumatlarınız əlaqə kanalları üzrə ötürülmə vaxtı yolda olanda onların təhlükəsizliyi üçün sizə zəmanət verə bilmərik.

SİZİN GÖNDƏRDİYİNİZ İSTƏNİLƏN MƏLUMATLARA GÖRƏ MƏSULİYYƏT SİZİN ÜZƏRİNİZƏ DÜŞÜR.

Biz həmçinin sizin Şəxsi informasiyanızın qanunsuz istifadəsi və ya oğurluğu ilə bağlı dəyən hər hansı birbaşa və ya dolayı zərərlər üçün məsuliyyət daşımırıq.

16. MƏXFİLİK SİYASƏTİ ÜZRƏ RAZILAŞMA

Sizin tərəfinizdən bizim servis və xidmətlərimizdən istifadə mövcud Məxfilik siyasəti ilə sizin könüllü razılaşmanız və bizə sizin şəxsi məlumatlarınızın toplanması, emalı və saxlanılması hüquqlarını verməyiniz deməkdir.

Mövcud Məxfilik siyasətini bizim platformalarımızda və veb-saytlaımızda yerləşdirilmiş elektron servis təchizatçılarının xidmətlərindən istifadə şərtləri və əlavə olaraq istifadə olunan istənilən qaydalar və şərtlərlə əlaqələndirərək kimi başa düşmək lazımdır.

Biz mövcud Məxfilik siyasətində vaxtaşırı dəyişikliklər edəcəyik və bizim platformalarımızda və veb-saytlarda dəyişdirilmiş şərtləri dərc edərək sizi bu dəyişikliklərdən xəbərdar edəcəyik.

Mövcud Məxfiliyik siyasətində istənilən dəyişikliklərdən sonra sizin xidmətlərimizdən istifadə etməyiniz onu bildirir ki, siz bu dəyişiklikləri qeyd-şərtsiz qəbul edirsiniz.

Bu, bizim 16 may 2018-ci il tarixinə olan tam və eksklüziv məxfilik siyasətimizdir, o, daha erkən hazırlanmış istənilən versiyanı əvəz edir və yalnız 1xBet.com-da tətbiq edilir.

Biz bu Məxfilik siyasətindəki əhəmiyyətli dəyişiklikləri nəzərdən qaçırtmamaq üçün mütəmadi olaraq ona baxmağınızı məsləhət görürük.

17. ŞİRKƏTİN VƏSAİTLƏRİN YUYULMASI VƏ BEYNƏLXALQ TERRORİZMLƏ MÜBARİZƏ ÜZRƏ SİYASƏTİ

1xBet şirkəti cinayətkar yolla əldə olunmuş vəsaitlərin yuyulması ilə və beynəlxalq terrorizmlə (AML siyasəti) mübarizə üzrə bütün lazımlı tədbirləri həyata keçirir. Bu zaman Şirkət hər cür qanunsuz fəaliyyətin qarşısının alınması üzrə güclü və prinsipial mövqeyi və həmçinin, onunla bağlı bütün normativ- hüquqi aktları dəstəkləyir. Bu öhdəliklərin icrası üçün Şirkət, istifadəçi tərəfindən hesabına daxil edilmiş və terrorizmin maliyyələşdirilməsi və ya gəlirlərin (qanunsuz yolla əldə olunmuş) qanuniləşdirilməsi üzrə fəaliyyət ilə əlaqəsi olan vəsaitlər barəsində yaranan şübhələri haqqında aidiyyatı olan rəsmi instansiyalara bildirmək hüququna malikdir. Şirkət həmçinin belə vəsaitləri bloklamaq və AML-siyasətinin qaydalarıyla nəzərdə tutulmuş başqa ölçüləri də qəbul etmək məcburiyyətindədir.

Vəsaitlərin yuyulması nə deməkdir:

  • qeyri -qanuni fəaliyyət nəticəsində alınmış əmlakın (və ya belə əmlakın əvəzinə alınmış əmlak) əsil mənşəyi, mənbəyi, qanunsuz mənşəyinin gizlədilməsi üsulları, yerdəyişməsi və ya bu əmlaka mülkiyyət hüququnun və ya başqa hüquqları haqqında informasiyanın gizlədilməsi;
  • qanunsuz fəaliyyət nəticəsində əldə olunmuş əmlakın (və ya belə əmlakın əvəzinə alınmış əmlak) qeyri-qanuni mənşəyini gizlətmək məqsədilə həmin əmklakı konversiya etmək, yerini dəyişdirmək, almaq, xüsusi mülkiyyətə keçirmək, istifadə etmək və ya bu cinayətkar fəaliyyətdə iştirak edən şəxslərə bu hərəkətlərinə görə məsuliyyətdən yaxa qurtarmağa yardım göstərmək;
  • əmlak başqa dövlətin ərazisində olmuş cinayətkar fəaliyyət nəticəsində əldə edilmiş olduqda.

Bir çox ölkələrdə kriminal kapitalın dövlət iqtisadiyyatına nüfuzetməsinə və cinayətkarlığın yayılmasınanın qarşısını almaq məqsədilə vəsaitlərin yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə daim mübarizə aparılır.

Şirkət bütün dünyada vəsaitlərin yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə dövlət və beynəlxalq təşkilatlara kömək etmək üçün daxili normativ-hüquqi aktları və xüsusi tədbirlər proqramını tətbiq edir.

Şirkətdə hesabı qeydə alaraq, siz öz üzərinizə növbəti öhdəliklər qəbul edirsiniz:

  • Siz zəmanət verirsiniz ki, vəsaitlərin yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı duran bütün qanunlara və normativ-hüquq aktlara (AML Siyasəti də daxil olmaqla) riayət edəcəksiniz;
  • Siz təsdiq edirsiniz ki, keçmişdə, indiki zamanda və ya gələcəkdə hesabınızın doldurulması üçün istifadə edilmiş vəsaitlərin qanunsuz mənbədən alınması, və ya qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin qanuniləşməsinə aid olması, və ya qüvvədə olan qanunvericiliklə və ya istənilən beynəlxalq təşkilatların təlimatlarıyla qadağan edilmiş başqa qeyri-qanuni fəaliyyətə hər hansı əlaqəyə malik olması haqqında sizdə informasiyalar və ya şübhələr yoxdur;
  • Qeyri-qanuni yolla əldə olunmuş vəsaitlərin qanuniləşməsinin qarşısını almaq barəsində qüvvədə olan qanunvericiliyə və tələblərə riayət olunması üçün bizim Sizdən istədiyimiz istənilən informasiyanı dərhal bizə verməyə razılaşırsınız.

Şirkət İstifadəçinin şəxsiyyətini təsdiqləyən sənədləri, həmçinin hesabda edilmiş bütün əməliyyatlar haqqında hesabatları yığır və saxlayır.

Şirkət İstifadəçinin hesabında olan şübhəli əməliyyatları, həmçinin xüsusi şəraitdə həyata keçirilmiş əməliyyatları izləyir.

Əgər Şirkətdə istifadəçinin həyata keçirdiyi əməliyyatın vəsaitlərin yuyulmasına və cinayətkar fəaliyyətlə hər hansı əlaqəyə malik olması haqqında güman etməyə əsaslar varsa, Şirkət istənilən mərhələdə bu əməliyyatın həyata keçirilməsindən imtina etmək hüququnu əlində saxlayır. Beynəlxalq qanunvericiliyə uyğun olaraq, Şirkət istifadəçiyə onun fəaliyyətinin şübhəli olması və onun haqqında olan informasiyanın əlaqədar dövlət orqanlarına çatdırılması barədə xəbər verməyə məcbur deyil.

Daxili AML-Siyasətinə əsasən, Şirkət potensial riskin səviyyəsinə uyğun olaraq oyunçuların şəxsiyyətinin ilkin və cari yoxlamalarını keçirir və bunu istifadəçi təqdim edir. Bu yoxlamalar çərçivəsində Şirkət növbəti hərəkətləri həyata keçirmək hüququna malikdir:

  • oyunçunun şəxsiyyətini müəyyən etmək üçün minimal məlumatların verilməsini tələb etmək;
  • istifadəçinin şəxsiyyətini təsdiqləyən məlumatları və sənədləri, həmçinin, şəxsiyyəti təsdiqləmək üçün istifadə olunan metodları haqqında informasiyanı və yoxlamaların nəticələrini qeyd etmək və saxlamaq;
  • mərc iştirakçılarının şəxsi məlumatlarının terrorizmində iştiraka görə şübhə altında olan şəxslərin səlahiyyətli dövlət və müstəqil orqanlar tərəfindən formalaşdırılmış siyahısı ilə olan uygunluğu yoxlamaq. İstifadəçinin idensifikasiya məlumatlarının minimal dəstinə daxil edilmişdir: tam adı, doğum tarixi, yaşayış yerinin və ya qeyd olunduğu yerin ünvanı;
  • istifadəçinin öz depozit hesabına qoymağa planlaşdırdığı vəsaitlərin mənşəyinin mənbəyi haqqında sorğu göndərmək.

Yuxarıda adı gedən məlumatların həqiqiliyini yoxlamaq və təsdiq etməsi üçün, Şirkət İstifadəçidən aşağıdakı sənədləri tələb edə bilər:

  • pasport, və ya identifikasiya kartı, və ya milli dövlət orqanları tərəfindən verilmiş və onları əvəz edən istənilən başqa bir sənəd (içində sənəd sahibinin adının, doğum tarixinin və şəkilinin olması şərti ilə);
  • kommunal xidmətlərin (son 3 aya aid olması şərti ilə) ödənişi haqqında yaxın vaxtlarda alınmış sənəd və ya İstifadəçinin yaşanma ünvanını təsdiq edən başqa bir sənəd.

Şirkət, həmçinin, sorğu göndərərək istənilən başqa əlavə informasiyanı tələb edə bilər, hansını ki, uyğun olan sənədlərlə təsdiq etmək lazımdır. Müəyyən hallarda Şirkət sənədlərin notarial qaydada təsdiqlənmiş surətlərini tələb edə bilər.

Layout hidden